SON DƏQİQƏ

Türkiyə ordusu daha iki kəndi azad edib

Tarix:

9-02-2018, 14:18

/ 945 dəfə oxundu.
Türkiyə ordusu daha iki  kəndi azad edib

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin qərbində yerləşən Nisriyyə və Dükan kəndləri PYD/PKK döyüşçülərindən azad edilib.

Gunaz.az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Ordu Qərargahı bəyanat yayıb.

Döyüş əməliyyatlarının gedişində bir türk hərbçisi şəhid olub.

Bundan əvvəl Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin itkiləri barədə bəyanat vermişdi. Həmin bəyanata görə, “Zeytun budağı” əməliyyatı ərzində 18 nəfər həlak olub, 60-dan çox hərbçi yaralanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ