SON DƏQİQƏ
» » İranda dəhşətli qəza: 11 ölü, 28 yaralı - Foto

İranda dəhşətli qəza: 11 ölü, 28 yaralı - Foto

Tarix:

12-09-2017, 11:46

/ 1 030 dəfə oxundu.
İranda dəhşətli qəza: 11 ölü, 28 yaralı - Foto

İranda şəhərlərarası sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər ölüb, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

GUNAZ.az xəbər verir ki, hadisə sentyabrın 12-si, saat 02:30 radələrində Cacirud şəhəri yaxınlığında baş verib.

Kərəcdən Mazandaran əyalətinin Sari şəhərinə yola çıxan avtobus naməlum səbəblər üzündən Cacirud körpüsünə 1 kilometr qalmış yoldan çıxaraq 50 metrlik dərinliyi olan dərəyə yuvarlanıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin səhhətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır./axar

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ