Türkiyədə dondurma sexində partlayış - Yaralılar var + Fotolar
Tarix:
17-07-2017, 23:34
/ 4 234 dəfə oxundu.
Samsun şəhərinin Canik qəsəbəsində dondurma sexində partlayış baş verib. GUNAZ.azNTV-yə istinadən xəbər verir ki, qaz balonlarının partlaması səbəbindən çıxan yanğın nəticəsində sexə bitişik obyektlər və yaxınlıqdakı avtomobillər də yanıb.
Partlayış o qədər güclü olub ki, evlərin və iş yerlərinin şüşələri də qırılıb.
Hadisə zamanı 11 nəfər yaralanıb, digər insanlar təxliyyə edilib. Yanğın uzun tədbirlərdən sonra söndürülüb.
Faktla bağlı araşdırma aparılır.