SON DƏQİQƏ

Əfqanıstanda məktəb bombardman edildi

Tarix:

15-07-2017, 20:15

/ 5 693 dəfə oxundu.
Əfqanıstanda məktəb bombardman edildi

Əfqanıstanın Gündüz şəhərində orta məktəb havadan hücuma məruz qalıb. 
GUNAZ.az-ın məlumatına görə, hadisə nəticəsində yaxınlıqdakı evdə olan üç uşaq xəsarət alıb.
Məktəbin direktoru Gül Nəsiri bildirib ki, bombardman zamanı təhsil ocağında xoşbəxtlikdən heç kim olmayıb. 
O əlavə edib ki, aviazərbələr zamanı məktəblə yanaşı, ətrafda yerləşən onlarla ev və mağaza dağıdılıb. 
Hücumun kim tərəfindən həyata keçirilməsi barədə rəsmi məlumat yoxdur. Lakin yerli hakimiyyəti aviazərbələrə görə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrini günahlandırır.
Qeyd edək ki, hazırda Əfqanıstanda 8,5 min ABŞ əsgəri və 4,5 minə yaxın NATO-nun hərbi qulluqçusu var. Son vaxtlar ölkədə vəziyyət kəskin pisləşib. "Taliban” terror qruplaşması böyük şəhərlərə hücumlara başlayıb.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər