Tarixdə ilk dəfə qadın "Iran Air” aviaşirkətinin rəhbəri olub. GUNAZ.azxəbər verir ki, "Press TV” telekanalının məlumatına görə, 44 yaşlı Fərzanə Şarafbafi bu postda Fərhad Parvareşi əvəz edib.
O, Monrealda Beynəlxalq Mülki Aviasiya Təşkilatında (İKAO) İranı təmsil edəcək. Şarafbafi avia-kosmik sahədə elmlər doktoru dərəcəsinə malikdir. O, daha əvvəl "Iran Air”də tədqiqat departamentinə başçılıq edib.
Telekanal bildirir ki, sərnişin avialaynerlərinin köhnəlmiş donanmasının yenilənməsi Şarafbafi üçün yeni postda əsas vəzifə olacaq.