İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızının ölüm xəbərinə türkiyəli müğənni Hadisə də biganə qalmayıb. Məşhur müğənni bu barədə 5, 8 milyondan çox izləyicisi olan instaqram hesabında yazıb:
"Ürəyim ağrıyır… 2 yaşındakı bir körpə… Acılı analar… Bu insanlığa sığmayan vəhşi hucumdur. Terrör hücumlarını dilindən, millətindən, irqindən asılı olmayaq qınayıram. Və qınamağa davam edəcəyəm. Buna bir son verin! Azərbaycana səbir diləyirəm...”