SON DƏQİQƏ
» » Ərdoğan: "Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək"

Ərdoğan: "Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək"

Tarix:

3-07-2017, 16:43

/ 5 289 dəfə oxundu.
Ərdoğan: "Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək"

Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək.
Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kınalıada” sualtı qayığının suya buraxılması mərasimindəki çıxışında bildirib.
"2023-cü ilədək Türkiyənin hərbi sənayesi xarici şirkətlərdən asılılığı azaltmalıdır. Biz öz aviadaşıyıcımızı da inşa etməliyik. Biz gəmi tikintisində liderlərdən biri olmalıyıq. Artıq öz aviadaşıyıcımızın olması arzusunun reallaşacağı tarix uzaqda deyil”, -  Türkiyə prezidenti vurğulayıb.
"Kınalıada” hərbi gəmisinin tikintisinə "MİLGEM” layihəsi çərçivəsində başlanılıb. "MİLGEM” proqramının icrasına 1996-ci ildə başlanılıb. Maliyyə çatışmazlığı ucbatından onun reallaşmasında fasilələr olub. Sualtı qayığın ilk nümunəsinin istehsalına 2008-ci il oktyabrın 2-dən "Heybeliada” gəmisi ilə başlanılıb.
"Türkiyə artıq 14 hərbi gəmi layihəsini gerçəkləşdirib. Növbədə daha 10 gəmi layihəsi var”, - R.T.Ərdoğan bildirib. 

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ