SON DƏQİQƏ
» » İş adamı 4 min inək aldı...- Qətərin böhrandan xilası üçün

İş adamı 4 min inək aldı...- Qətərin böhrandan xilası üçün

Tarix:

14-06-2017, 15:56

/ 6 862 dəfə oxundu.
İş adamı 4 min inək aldı...- Qətərin böhrandan xilası üçün

Vətənpərvər  biznesmen yalnız mal-qaranın təyyarə ilə daşınmasına 8 mln. dollar pul xərcləyəcək…
Qatarlı iş adamı Mutaz əl-Həyat 4 min inək aldı. 
Xarici İslam saytlarına istinadla yazılır ki, biznesmenin bundan məqsədi ölkəni son blokada ilə bağlı yaranmış süd qıtlığından xilas etməkdir. ABŞ və Avstraliyadan alınmış mal-qara bu yaxınlarda müsəlman dövlətinə çatdırılacaq. İnəklərin Qətərə çatdırılması üçün, ən azı, 60 təyyarə reysi gərək olacaq. Əsl müsəlmana layiq olan haldır ki, Mutaz əl-Həyat inəklərə nə qədər vəsait xərclədiyini açıqlamayıb. Ancaq qətərli iş adamının yalnız  heyvanların təyyarə ilə çatdırılması üçün, azı, 8 mln. dollar ödəyəcəyi bəlli olub.
Vətənpərvər biznesmenin bu fədakarlığı sayəsində artıq iyun ayının sonunda Qətərdə süd istehsalına başlanılacaq. Yayın ortasında isə ölkənin süd və süd məhsullarına olan  tələbatının üçdə birinin ödənəcəyi gözlənilir.
Qeyd edək ki, Qətərin, demək olar ki, bütün ərazisi səhralardan ibarət olduğundan burada kənd təsərrüfatı praktiki olaraq inkişaf etməyib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ