SON DƏQİQƏ

Filippindən Qətərlə bağlı QADAĞA

Tarix:

6-06-2017, 18:42

/ 4 642 dəfə oxundu.
Filippindən Qətərlə bağlı QADAĞA

Filippin hökuməti öz vətəndaşlarının Qətərə işləməyə getməsinə müvəqqəti qadağa qoyub.
Bu addım ötən gün ərəb ölkələri ilə Qətər arasında yaşanan diplomatik böhranla əlaqədar atılıb.
Məlumatda qeyd olunur ki, bu qadağanın müddəti Qətərlə bağlı vəziyyətdən asılı olacaq.
Hazırda bu ölkədə 250 minə yaxın filippinli işləyir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavriki də qoşulub.(trend)
 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ