SON DƏQİQƏ
» » Çavuşoğlu: “ABŞ-ın qadağası məntiqsizdir”

Çavuşoğlu: “ABŞ-ın qadağası məntiqsizdir”

Tarix:

29-03-2017, 16:16

/ 2 140 dəfə oxundu.
Çavuşoğlu: “ABŞ-ın qadağası məntiqsizdir”

ABŞ və Böyük Britaniyanın təyyarə salonlarına elektron qurğuların keçirilməsinə qadağa qoyması mənasızdır.
Gunaz.az
xəbər verir ki, bunu TRT kanalına açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.
"Bu, tamamilə məntiqsizdir. Əgər kimsə bu qurğulara partlayıcı qoysa, o bunu indi də edə bilər. Belə ki, terrorçu qurğunu baqaja qoyub, partlayış üçün vaxt təyin edə bilər. Təhlükəsizlik baxımından bu qərar məntiqsizdir. ABŞ və Britaniyanın qadağası Türkiyə və bir sıra ərəb ölkələrinə aiddir. Lakin ələ keçirilən terrorçuların çoxu Avropa vətəndaşlarıdır”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ 10 beynəlxalq hava limanından uçan sərnişinlərin təyyarə salonuna elektron qurğular gətirməsini qadağan edib. Qadağanın tətbiq edildiyi hava limanları Misir, İordaniya, Qətər, Küveyt, Mərakeş, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyədə yerləşir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ