SON DƏQİQƏ

İranda məşhur güləşçi edam edildi

Tarix:

27-05-2017, 13:49

/ 3 680 dəfə oxundu.
İranda məşhur güləşçi edam edildi

İranda naməlum ittihamlara görə 10 il həbsdə saxlanılan və daha sonra həbsxanada digər bir məhbusu zorlamaqda günahlandırılaraq, ölümə məhkum edilən məşhur güləşçi Höccətullah Tədru edam edilib.

Xarici mediaya istinadla xəbər verilir ki, həbs edilməsindən əvvəl İran Güləş Federasiyasının 74 kq çəki dərəcəsində əsas ümidlərindən biri olan və bir neçə dəfə ölkə çempionatı yarışlarında 1-ci yeri tutan tanınmış güləşçi sübh saatlarında İranın Kirmanşah şəhərinin həbsxanasında dar ağacından asılıb.

Höccətulla Tədrunun ailəsi isə açıqlamasında güləşçiyə qarşı irəli sürülmüş zorlama ittihamını rədd ediblər. Onların fikrincə, bu, kimlərinsə Tədruya qarşı qurduğu oyun olub.

Qeyd edək ki, son vaxtlar İranda edamların sayının kəskin artması yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ