SON DƏQİQƏ

"Həzrəti İsa da cipə minərdi!"

Tarix:

25-05-2017, 22:38

/ 3 538 dəfə oxundu.
"Həzrəti İsa da cipə minərdi!"

Rusiya Ortodoks kilsəsindən bir Yepiskopun hədiyyə olaraq qəbul etdiyi 6 milyon rublluq (106 min 500 dollar) Toyota Land Cruiser cip cəmiyyətdə mübahisə yaradıb.
The Moscow Times Open Russiadan verdiyi xəbərə görə, Oryol şəhəri yepiskopu Nektarı (Nikolay Seleznyev), şəhərin qabaqcıl iş adamlarından birinin hədiyyə etdiyi cipi istifadə etməyə başlayınca tənqid hədəfinə tuş gəlib.
Çünki Rusiya Ortodoks Kilsəsi Patriarxı Kirill şəxsən etdiyi açıqlamaların birində kilsə mənsublarının bahalı avtomobillər sürmələrini tənqid etmiş və bunun kilsəyə zərər verdiyini söyləmişdi.
Bu sözləri xatırladınca Oryol kilsə rəhbərliyindən belə bir açıqlama gəldi: "Belə bir hədiyyəni qəbul etmək günah sayılmaz. İsa peyğəmbər özünə hədiyyə edilən bahalı paltarları geymişdi".
Lüks cipi hədiyyə edən kənd təsərrüfatı şirkətinin müdiri isə: "Ən uzaq kəndlərə ən pis havalarda belə ziyarətə getdiyi üçün" belə bir jesti etdiyini açıqlayıb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ