SON DƏQİQƏ
» » Mançesterdəki terror aktı ilə bağlı 8 nəfər saxlanılıb

Mançesterdəki terror aktı ilə bağlı 8 nəfər saxlanılıb

Tarix:

25-05-2017, 16:49

/ 2 902 dəfə oxundu.
Mançesterdəki terror aktı ilə bağlı 8 nəfər saxlanılıb

İngiltərənin Mançester şəhərində baş vermiş terror aktı ilə əlaqədar 8 nəfər saxlanılıb.
Bunu şəhər polisinin rəisi İan Hopkins deyib.
O bildirib ki, həmin 8 nəfər hazırda həbsdədir: "Ötən gün saxlanılan daha bir nəfər isə artıq sərbəst buraxılıb".
Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs xəsarət alıb.
İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər