SON DƏQİQƏ

Ruhani: "ABŞ-ərəb sammiti tamaşadır"

Tarix:

22-05-2017, 18:57

/ 3 024 dəfə oxundu.
Ruhani: "ABŞ-ərəb sammiti tamaşadır"

İran prezidenti Həsən Ruhani ötən gün Ər-Riyadda baş tutmuş ABŞ-ərəb sammitini tamaşa adlandırıb.
Təkrar İran prezident seçilən H.Ruhani bu sammitin terrorizm problemini həll etməyəcəyini deyib. Onun sözlərinə görə, bu cür görüşlər Səudiyyə Ərəbistanında daha əvvəl də keçirilib.
Sammit çərçivəsində imzalanan silah sazişi barədə danışan İran prezidenti bunun da terrorizmə qarşı mübarizədə xeyir verməyəcəyini qeyd edib.
H.Ruhani vurğulayıb ki, terrora qarşı real mübarizəni İran, Suriya və Livan xalqları aparır.(trend)
 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər