ABŞ Tu-95-lərə qarşı dərhal F-22-ləri qaldırdı – Gərginlik
Tarix:
19-04-2017, 02:31
/ 4 888 dəfə oxundu.
ABŞ iki rus bombardmançısının Alyaskaya yaxınlaşmasını müəyyənləşdirən kimi dərhal tədbir görüb. Foks Nyus kanalı Tu-95 təyyarələrinin Alyaskaya yaxınlaşdığını ABŞ Hərbi Hava Qüvvələrinin 450 kilometrdən müəyyənləşdirdiyi və anında havaya iki F-22 qırıcısı qaldırdığı haqda məlumat yayıb. İnsident ötən gün baş verib. Qırıcılar Tu-95-ə yaxınlaşıb və 12 dəqiqə müddətində onları müşayiət edib, rus bombardmançıları geri – Rusiyanın şərqində yerləşən aviabazaya istiqamət götürənə qədər gərginlik yaşanıb. Tu-95-lərin Alyaska sahillərinə 161 km yaxınlaşdığı qeyd edilib.