ABŞ Tu-95-lərə qarşı dərhal F-22-ləri qaldırdı – Gərginlik

ABŞ Tu-95-lərə qarşı dərhal F-22-ləri qaldırdı – Gərginlik
ABŞ iki rus bombardmançısının Alyaskaya yaxınlaşmasını müəyyənləşdirən kimi dərhal tədbir görüb.
Foks Nyus kanalı Tu-95 təyyarələrinin Alyaskaya yaxınlaşdığını ABŞ Hərbi Hava Qüvvələrinin 450 kilometrdən müəyyənləşdirdiyi və anında havaya iki F-22 qırıcısı qaldırdığı haqda məlumat yayıb. İnsident ötən gün baş verib.
Qırıcılar Tu-95-ə yaxınlaşıb və 12 dəqiqə müddətində onları müşayiət edib, rus bombardmançıları geri – Rusiyanın şərqində yerləşən aviabazaya istiqamət götürənə qədər gərginlik yaşanıb.
Tu-95-lərin Alyaska sahillərinə 161 km yaxınlaşdığı qeyd edilib.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt