SON DƏQİQƏ
» » Hindistanda dəhşətli qəza: Tikilən körpü fəhlələrin üzərinə uçdu!

Hindistanda dəhşətli qəza: Tikilən körpü fəhlələrin üzərinə uçdu!

Tarix:

29-05-2026, 09:46

/ 2 712 dəfə oxundu.
Hindistanda dəhşətli qəza: Tikilən körpü fəhlələrin üzərinə uçdu!

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında tikilməkdə olan körpünün bir hissəsinin uçması nəticəsində azı 6 fəhlə həlak olub, bir neçə nəfər isə xəsarət alıb.
GunAz.az xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə gecə saatlarında Hamirpur dairəsində baş verən güclü fırtına zamanı qeydə alınıb. Təbii fəsadlar səbəbindən körpünün nəhəng konstruksiyası uçaraq ərazidə çalışan fəhlələrin üzərinə aşıb.
Hazırda hadisə yerində xilasedicilər fəaliyyət göstərir. Dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur.
скачать dle 12.1

Şərhlər