SON DƏQİQƏ

Hindistanda körpü uçdu: 17 nəfər öldü

Tarix:

23-08-2023, 11:52

/ 1 712 dəfə oxundu.
Hindistanda körpü uçdu: 17 nəfər öldü

Hindistanın şərqində tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 17 nəfər ölüb.

Bu barədə yerli polis məlumat yayıb.

Hadisə Aical şəhərindən təxminən 20 km şimal-qərbdə baş verib.

"İndiyədək 17 nəfərin meyiti tapılıb, itkin düşənlər var”, - polis əməkdaşı bildirib.

İlkin məlumatlara görə, hadisə zamanı tikintidə 35-40 nəfər olub.

Hazırda xilasetmə işləri aparılır.
скачать dle 12.1

Şərhlər