SON DƏQİQƏ
» » Üç nəfərin həyatını itirdiyi naməlum maddə: Hadisə yerinə gələnlər də zəhərləndi

Üç nəfərin həyatını itirdiyi naməlum maddə: Hadisə yerinə gələnlər də zəhərləndi

Tarix:

21-05-2026, 09:52

/ 3 794 dəfə oxundu.
Üç nəfərin həyatını itirdiyi naməlum maddə: Hadisə yerinə gələnlər də zəhərləndi

ABŞ-nin Nyu-Meksiko ştatında naməlum maddə ilə təmasdan sonra üç nəfər həyatını itirib. Hadisə yerinə gələn həkimlərin bir qismi xəstəxanaya yerləşdirilib.
GunAz.az-ın rg.ru-ya istinadən məlumatına görə, bu barədə Maunteneyr şəhərinin meri Piter Niyeto bildirib.
Onun sözlərinə görə, çağırışa gələn təcili tibbi yardım əməkdaşları iki yerli sakinin cəsədini aşkarlayıblar.
"Həmin evdən olan üçüncü şəxs isə bir qədər sonra vəfat edib. Hazırda ölümün dəqiq səbəbini bilmirik", - deyə şəhər meri vurğulayıb.
O əlavə edib ki, ölənlərlə təmasda olan tibb işçilərinin bəziləri hospitalizasiya olunublar. Onların bir neçəsi artıq evə buraxılıb, digərlərində isə müəyyən simptomlar özünü göstərib. Lakin mer söhbətin hansı əlamətlərdən getdiyini dəqiqləşdirməyib.
"Hazırda bu vəziyyətin hava yolu ilə yayılmasına dair heç bir əlamət yoxdur. Ehtimal olunur ki, bu, insandan insana keçə bilən maddə ilə təmasla əlaqədardır", - deyə P.Niyeto qeyd edib.
скачать dle 12.1

Şərhlər