
İsrail ordusu (SAXAL) "Hizbullah" lideri Naim Qasımın şəxsi katibinin dünən gecə Beyruta endirilən zərbə nəticəsində öldürüldüyünü açıqlayıb.
GunAz.az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti açıqlama yayıb.Məhv edilən Əli Yusif Harşinin "Hizbullah" liderinin qardaşı oğlu olduğu bildirilib.O, Naim Qasimin yaxın silahdaşı və şəxsi məsləhətçisi kimi xarakterizə edilib, habelə ofisinin idarə olunmasında və təhlükəsizliyinin qorunmasında həlledici rol oynadığı vurğulanıb.
































