SON DƏQİQƏ
» » Ukrayna 20-yə yaxın ölkədə səfirini dəyişir

Ukrayna 20-yə yaxın ölkədə səfirini dəyişir

Tarix:

9-07-2025, 17:39

/ 2 529 dəfə oxundu.
Ukrayna 20-yə yaxın ölkədə səfirini dəyişir

Ukrayna hakimiyyəti 20-yə yaxın səfirini, o cümlədən ABŞ-dakı, həmçinin G7 və G20 ölkələrindəki səfirini dəyişdirmək niyyətindədir.
GunAz.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
Nazir Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovanı ən uğurlulardan biri adlandırıb və səfirlik işçilərinin rotasiyasının diplomatiya üçün yeni nəfəs olduğunu vurğulayıb:
“Oksana Markarova bizim ən uğurlu səfirlərimizdən biridir. Son dərəcə təsirli, xarizmatikdir. Lakin, yəqin ki, hər bir diplomatın rotasiya dövrü var. Ona görə də bu məsələ gündəmdədir".
скачать dle 12.1

Şərhlər