
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin (HHQ) ikinci PUA briqadasının komandiri Aminpur Cudaki İsrail zərbələri nəticəsində məhv edilib.
GunAz.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) rəsmi Teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, Cudaki bu vəzifəyə SEPAH HHQ-nin dron qərargahının komandiri Tahir Purun 13 iyun 2025-ci ildə məhv edilməsindən sonra təyin olunmuşdu.