SON DƏQİQƏ
» » “Ərdoğan, Tramp, Putin və Zelenski görüşə bilər”

“Ərdoğan, Tramp, Putin və Zelenski görüşə bilər”

Tarix:

30-05-2025, 19:48

/ 2 626 dəfə oxundu.
“Ərdoğan, Tramp, Putin və Zelenski görüşə bilər”

Kiyevdə səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransı keçirib.
GunAz.az “TRT Haber”ə istinadən xəbər verir ki, o, mətbuat konfransında Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı danışıb.
“Biz Rusiya-Ukrayna müharibəsinin davam etməsinə ya göz yumacağıq, ya da bu il ərzində daimi sülhə nail olacağıq. İstanbulda sübut etdik ki, danışıqlar konkret nəticələr verə bilər. İnanırıq ki, İstanbulda aparılan danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə ABŞ, Rusiya və Ukrayna prezidentləri Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski arasında görüşlə yekunlaşa bilər”, - o bildirib.
скачать dle 12.1

Şərhlər