SON DƏQİQƏ
» » “Ukrayna üçün NATO ölkələrinin etmədiyini biz etdik” - Ərdoğan

“Ukrayna üçün NATO ölkələrinin etmədiyini biz etdik” - Ərdoğan

Tarix:

14-03-2022, 23:21

/ 1 329 dəfə oxundu.
“Ukrayna üçün NATO ölkələrinin etmədiyini biz etdik” - Ərdoğan

"Ukraynada daimi atəşkəsin əldə olunması üçün səylərimizi davam etdirəcəyik”.

GunAz.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya kansleri Olaf Şolts ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O, Avropanın təhlükəsizliyi üçün tədbirlər görməklə yanaşı, Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli istiqamətində səylərini artıracaqlarını bildirib:

"Görüşdə əsasən Rusiya-Ukrayna böhranı ilə bağlı müzakirələr apardıq. Atəşkəsin təmin olunması istiqamətində səylərimizi yorulmadan davam etdirəcəyik. Mülki şəxslər üçün humanitar dəhlizlər yaradılmalıdır. Burada ən mühüm məsələ atəşin dayandırılmasıdır”.

Ərdoğan həm Rusiya Prezidenti Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenski ilə münasibətlərin saxlanmasının lazım olduğunu diqqətə çatdırıb.

"Biz həm cənab Zelenski, həm də cənab Putinlə dostluğumuzu qorumalıyıq. Sanksiyalara gəlincə, BMT qaydaları çərçivəsində lazım olanı etdik. Rusiyaya baxmayaraq, Ukrayna üçün NATO-ya digər üzv ölkələrin etmədiyini biz etdik ", – deyə Türkiyə lideri qeyd edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ