SON DƏQİQƏ
» » İmamoğlu məsələsi ilə bağlı VACİB AÇIQLAMA

İmamoğlu məsələsi ilə bağlı VACİB AÇIQLAMA

Tarix:

26-03-2025, 14:23

/ 2 906 dəfə oxundu.
İmamoğlu məsələsi ilə bağlı VACİB AÇIQLAMA

İstanbul Cəza Məhkəməsi şəhərin bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib və o, həbsxanaya aparılıb.
İmamoğluya qarşı iki ittiham irəli sürülüb. Biri meriyadakı korrupsiya əməlləri, digəri  isə terrora yardımdır. Onun korrupsiya işi ilə bağlı həbs edildiyi qeyd olunur. Bu arada, ittiham tərəfinin vəsatətində “silahlı terror təşkilatına yardım etmək”, “cinayətkar təşkilat yaratmaq”, “tender nəticələrini saxtalaşdırmaq” və “rüşvət almaq” iddiaları yer alıb.
Maraqlıdır İmamoğlunun həbs qərarı beynəlxalq ictimaiyyət tərəfindən necə qəbul edilir? Avropa İttifaqı və ABŞ bu məsəsləyə necə yanaşır?
Mövzu ilə bağlı danışan Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, İmamoğlu məsələsi ilə bağlı ölkənin daxilində ciddi reaksiya olmayıb.
“Əslində bu gözlənti hakimiyyət tərəfindən də ciddi şəkildə təmin olundu. Çünki daha çox narazıların meydanlara çıxması deyil, bilavasitə CHP üzvlərinin etirazı ilə müşayiət edildi. Bu proses göstərdi ki, narazı təbəqələr anlayışını Türkiyədə İmamoğlunun konteksində qabartmaq və onu hakimiyyət əleyhinə etirazlara çevirmək mümkün deyil.“
Politoloq qeyd edib ki, ABŞ və Avropa İttifaqının da bu məsələyə yüksək səviyəli etirazı müşahidə olunmayıb.
“Epizodik bəyanatlar Türkiyənin atdığı addıma qarşı ciddi əks mövqenin olmadığını göstərdi. Bu formadan yanaşanda deyə bilərik ki, baş verənlər Türkiyənin daxili məsələsi formatından kənara çıxmayıb.“
скачать dle 12.1

Şərhlər