SON DƏQİQƏ

Anar Əsədli ev dustaqlığına buraxıldı

Tarix:

5-07-2023, 18:41

/ 1 607 dəfə oxundu.
Anar Əsədli ev dustaqlığına buraxıldı

Nərimanov Rayon Məhkəməsində Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Bu barədə onun vəkili məlumat yayıb. Qərara əsasən, onun vəsatəti təmin edilib, Anar Əsədlinin barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ