
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kursk vilayətində vəziyyətin çox çətin olduğunu deyib.
GunAz.az xəbər verir ki, paytaxt Kiyevdə jurnalistlərə açıqlama verən Zelenski Rusiya-Ukrayna müharibəsində baş verənləri dəyərləndirib.
O, çıxışında rus ordusunun Kursk vilayətində olduğunu bildirib.
Ukrayna Silahlı Qüvvələrinə qarşı davam edən əks-hücuma toxunan Zelenski, “Aydındır ki, Kurskda vəziyyət çox ciddidir” deyib.
Zelenski qeyd edib ki, 2024-cü ildə bölgəyə daxil olan Ukrayna ordusunun məqsədi Rusiyanın Ukraynanın Sumi və Xarkov vilayətlərinə hücumlarının qarşısını almaqdır.