SON DƏQİQƏ

Almaniyada miqrantlarla bağlı SƏRT QƏRAR

Tarix:

1-02-2025, 08:15

/ 3 378 dəfə oxundu.
Almaniyada miqrantlarla bağlı SƏRT QƏRAR

Almaniya parlamenti (Bundestaq) miqrasiya qaydalarını sərtləşdirən qanun layihəsinə qarşı çıxıb.
GunAz.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Məlumata görə, ölkəyə miqrant axınının məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin lehinə 338 deputat, əleyhinə isə 350 deputat səs verib, 5 deputat bitərəf qalıb.
Qeyd edək ki, qanun layihəsində ciddi mübahisələrə səbəb olan maddələrdən biri də mühacirlərin ailə üzvlərini də Almaniyaya gətirməsini nəzərdə tutan “ailə birləşməsi”nin dayandırılmasıdır. Bundan başqa, layihədə miqrantların deportasiya prosesi zamanı polisin səlahiyyətlərinin artırılması da yer alıb.
скачать dle 12.1

Şərhlər