SON DƏQİQƏ
» » Türkiyədəki yanğınla bağlı yayım qadağası ləğv edildi

Türkiyədəki yanğınla bağlı yayım qadağası ləğv edildi

Tarix:

22-01-2025, 12:12

/ 3 290 dəfə oxundu.
Türkiyədəki yanğınla bağlı yayım qadağası ləğv edildi

Türkiyənin Bolu vilayətinin Qartalqaya turizm mərkəzində 76 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğınla bağlı qoyulan yayım qadağası aradan qaldırılıb.
GunAz.az xəbər verir ki, bu barədə RTÜK məlumat yayıb.
“Bolu 2-ci Cəza Məhkəməsi tərəfindən Qartalqaya Xizək Mərkəzində oteldəki yanğınla bağlı aparılan istintaq çərçivəsində tətbiq edilən yayım qadağası aradan qaldırılıb”, - məlumatda qeyd olunub.
Bildirək ki, dünən yanğınla bağlı tətbiq edilən yayım qadağası ilə yanaşı, RTÜK şərh qadağası də tətbiq etmişdi.
скачать dle 12.1

Şərhlər