SON DƏQİQƏ
» » Zərifin vitse-prezident təyin edilməsi qanunsuzdur

Zərifin vitse-prezident təyin edilməsi qanunsuzdur

Tarix:

27-11-2024, 15:27

/ 3 371 dəfə oxundu.
Zərifin vitse-prezident təyin edilməsi qanunsuzdur

Məhəmməd Cavad Zərifin Məsud Pezeşkianın müavini təyin edilməsi qanuna ziddir və bu işdə pozuntuya yol verilib.
GunAz.az xəbər verir ki, bu sözləri İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf bugün keçirilən plenar iclasda Məhəmməd Cavad Zərifin (sabiq XİN rəhbəri) ölkə Prezidenti Məsud Pezeşkianın strateji məsələlər üzrə müavini təyin edilməsi haqda deyib.
“Mən daha əvvəl də demişəm ki, cənab Zərifin vitse-prezident vəzifəsinə təyinat alması qanuna ziddir və bununla bağlı hüquqi prosedura riayət edilməlidir”, - deyə, Qalibaf vurğulayıb.
Qeyd edək ki, dünən deputat Həmid Rəsai parlamentdə Zərifin övladlarının ikili vətəndaşlığı ilə bağlı xəbərdarlıq edib.
скачать dle 12.1

Şərhlər