SON DƏQİQƏ

Zərif prezidentliyə namizədlikdən imtina etdi

Tarix:

28-05-2024, 20:52

/ 3 665 dəfə oxundu.
Zərif prezidentliyə namizədlikdən imtina etdi

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürməkdən imtina edib.
GunAz.az xəbər verir ki, bu barədə İLNA agentliyi məlumat yayıb.
“Keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif İLNA-ya müsahibəsində seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı suala “yox” cavabını verib”, – agentlik bildirib.
Qeyd edək ki, bir müddət İran mətbuatı ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin siyahısına keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin də adını əlavə etmişdi.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ