SON DƏQİQƏ

Ərdəbilə qar yağdı, məktəblər bağlandı

Tarix:

23-10-2024, 10:27

/ 3 374 dəfə oxundu.
Ərdəbilə qar yağdı, məktəblər bağlandı

Ərdəbil əyalətinə güclü qar yağması səbəbindən bir neçə şəhərdə məktəblər tətil elan olunub.
GunAz.az xəbər verir ki, bu barədə Ərdəbil Əyalətinin Təhsil İdarəsi məlumat yayıb.
Məlumata görə, Ərdəbil, Səreyn, Xalxal və Xiyav (Meşginşəhr) şəhərlərində məktəbəqədər və ibtidai məktəblər bağlanıb.
Bununla yanaşı, yerli medianın verdiyi məlumata görə, Ərdəbil əyalətinin bir sıra bölgələrində, xüsusən dağlıq bölgələrdə nəqliyyatın hərəkəti çətinləşib.
скачать dle 12.1

Şərhlər