Ərdəbilə qar yağdı, məktəblər bağlandı

GunAz.az xəbər verir ki, bu barədə Ərdəbil Əyalətinin Təhsil İdarəsi məlumat yayıb.
Məlumata görə, Ərdəbil, Səreyn, Xalxal və Xiyav (Meşginşəhr) şəhərlərində məktəbəqədər və ibtidai məktəblər bağlanıb.
Bununla yanaşı, yerli medianın verdiyi məlumata görə, Ərdəbil əyalətinin bir sıra bölgələrində, xüsusən dağlıq bölgələrdə nəqliyyatın hərəkəti çətinləşib.