SON DƏQİQƏ
» » Rusiya İranda vətəndaşlarına buna əməl etməyə çağırdı

Rusiya İranda vətəndaşlarına buna əməl etməyə çağırdı

Tarix:

10-10-2024, 21:48

/ 3 055 dəfə oxundu.
Rusiya İranda vətəndaşlarına buna əməl etməyə çağırdı

Rusiyanın Tehrandakı səfirliyi İsrailin İran ərazisinə zərbə endirmə ehtimalı ilə əlaqədar İrandakı ruslara təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib.
GunAz.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin teleqram kanalında dərc olunan məlumatda deyilir.
“İran ətrafında vəziyyətin gərginləşməsi, İsrailin ölkədəki müxtəlif obyektlərə cavab zərbəsi endirməsi ehtimalı ilə əlaqədar Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə ciddi riayət etmək tövsiyə olunur”, - səfirlik qeyd edib.
Diplomatik nümayəndəlik həmçinin Rusiya vətəndaşlarına səfirliyin resursları haqqında məlumatları mütəmadi olaraq izləməyi tövsiyə edib.
скачать dle 12.1

Şərhlər