SON DƏQİQƏ

Ukrayna Fransadan “Sezar” alır

Tarix:

4-10-2024, 14:14

/ 2 689 dəfə oxundu.
Ukrayna Fransadan “Sezar” alır

Ukrayna 12 ədəd “Sezar” (CAESAR) artilleriya sistemini almaq üçün razılıq əldə edib.
GunAz.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu X sosial şəbəkəsində deyib.
O bildirib ki, Kiyevdə keçirilən sənaye forumu zamanı Ukrayna ilə silah istehsalçısı KNDS şirkəti arasında müvafiq saziş imzalanıb:
“Müdafiə sənayemizin istehsal gücünün artırılması Ukraynaya dəstək verir”.
Qeyd edək ki, 12 ədəd “Sezar” (CAESAR) özüyeriyən artilleriya sisteminin tədarükü Ukrayna tərəfindən maliyyələşdiriləcək.
скачать dle 12.1

Şərhlər