SON DƏQİQƏ

İŞİD-in 15 yaraqlısı məhv edildi

Tarix:

31-08-2024, 08:00

/ 2 893 dəfə oxundu.
İŞİD-in 15 yaraqlısı məhv edildi

Amerika hərbçiləri və İraqın təhlükəsizlik qüvvələri İraqın qərbində İŞİD terror qruplaşmasının 15 silahlısını məhv edib.
GunAz.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı “X”də məlumat yayıb.
“ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı və İraqın təhlükəsizlik qüvvələri avqustun 29-da səhər saatlarında İraqın qərbində birgə reyd keçirib və nəticədə İŞİD-in 15 yaraqlısı öldürülüb”, - bəyanatda deyilir.
Komandanlıq yaraqlıların çoxsaylı silah, qumbara və partlayıcı kəmərlərlə silahlandığını bildirib.
Qeyd olunur ki, mülki əhali arasında itki yoxdur və əməliyyat İŞİD-in İraqda mülki şəxslərə, habelə vətəndaşlara, müttəfiqlərinə və tərəfdaşlarına qarşı hücumlar planlaşdırmaq, təşkil etmək və həyata keçirmək imkanlarını zəiflətmək məqsədilə qruplaşmanın liderlərinə qarşı yönəlib.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər