ABŞ-də aparılan sorğuda demokrat prezident Co Baydendən namizədliyi götürən müavini Kamala Harris respublikaçı rəqibi Donald Tramp arasındakı səs fərqini 1 xala salıb.
GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, 22-24 iyul tarixlərində aparılan milli sorğuda prezident seçkilərində Trampa səs verəcəklərini deyənlərin nisbəti yüzdə 48 olub, Harris isə 1 bal geridə qalaraq 47 faizdə qalıb.
Xatırladaq ki, iyulun 21-də ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.
ABŞ-də noyabrın 5-də prezident seçkiləri baş tutacaq. Respublikaçılar partiyası Donald Trampın namizədliyini rəsmi olaraq təsdiq edib. Demokratlar partiyasının namizədi isə avqustda keçiriləcək qurultayda elan ediləcək.