SON DƏQİQƏ
» » “Bayden namizədliyini geri götürməyə qərar verib”

“Bayden namizədliyini geri götürməyə qərar verib”

Tarix:

19-07-2024, 14:10

/ 2 557 dəfə oxundu.
“Bayden namizədliyini geri götürməyə qərar verib”

“ABŞ Prezidenti Co Bayden prezidentliyə namizədliyini geri götürməyə qərar verib”.
GunAz.az xəbər verir ki, bunu ABŞ-nin Demokratlar partiyasında mənbəyə istinadən “Newsmax”ın jurnalisti Mark Halperin iddia edib.
Onun sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri qərarını bu həftə sonu elan etməyi planlaşdırır: “Bunun üçün nitq hazırlanıb. O, prezident olaraq fəaliyyətini davam etdirəcək. Mənə, həmçinin bildirdilər ki, o, vitse-prezident Kamala Harrisi öz xələfi olaraq dəstəkləməyəcək”.
Xatırladaq ki, C.Bayden özü dəfələrlə seçkidən geri çəkilmyəcəyini açıqlayıb. ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq.
скачать dle 12.1

Şərhlər