SON DƏQİQƏ
» » Ukrayna ABŞ ilə cəbhədəki vəziyyəti müzakirə edib

Ukrayna ABŞ ilə cəbhədəki vəziyyəti müzakirə edib

Tarix:

24-07-2024, 09:40

/ 3 732 dəfə oxundu.
Ukrayna ABŞ ilə cəbhədəki vəziyyəti müzakirə edib

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak ABŞ vitse-prezidenti Kamala Harrisin milli təhlükəsizlik üzrə müşaviri Filip Qordonla telefonla danışıb.
GunAz.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat verilib.
Bildirilib ki, Yermak Ukraynanın hava hücumundan müdafiə sistemlərinin Qərb sistemləri ilə gücləndirilməsinin vacibliyini bəyan edib. Tərəflər həmçinin Vaşinqtondan Kiyevə gələcək dəstəyi, cəbhədəki vəziyyəti müzakirə ediblər. Yermak və Qordon iyun ayında İsveçrədə keçirilən “sülh sammiti”nin nəticələri barədə də danışıblar.
скачать dle 12.1

Şərhlər