SON DƏQİQƏ
» » “Avrovision”da qadağan olundu - Avropa Birliyi reaksiya verdi

“Avrovision”da qadağan olundu - Avropa Birliyi reaksiya verdi

Tarix:

13-05-2024, 18:39

/ 3 524 dəfə oxundu.
“Avrovision”da qadağan olundu - Avropa Birliyi reaksiya verdi

“Avropa İttifaqı (Aİ) Komissiyası mayın 11-də keçirilən “Avrovision” mahnı müsabiqəsində Avropa bayrağının dalğalanmasına qoyulan qadağaya reaksiya verib.
GunAz.az xəbər verir ki, Aİ Komissiyasının sözçüsü Erik Mamer gündəlik mətbuat konfransında Avropa Yayım Birliyinin mayın 11-də İsveçin Malmö şəhərində keçirilən “Eurovision” Mahnı Müsabiqəsində Aİ bayrağının dalğalanmasına qadağa qoyması ilə bağlı sualı cavablandırıb.
Mamer bildirib ki, “Yarışmaya qatılan bütün Aİ-yə üzv ölkələrin nümayəndələrinin bayrağı  dalğalandırmaması üçün əslində heç bir səbəb yoxdur”.
Qeyd edək ki, İsveçin Malmö şəhərində keçirilən və İsrailin iştirakı ilə sıx etirazlar və boykot aksiyaları ilə yadda qalan “Avroviziya 2024” mahnı müsabiqəsində İsveçrə təmsilçisi Nemo qalib olub. İsrail 375 xalla müsabiqəni 5-ci sırada tamamlasa da, israilli müğənni Eden Qolanın tamaşaçılar tərəfindən alqışlanması və ifası boyunca “Azad Fələstinə” şüarları səsləndirilməsinin videoları sosial mediada geniş şəkildə paylaşılıb.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ