SON DƏQİQƏ

Rusiyadan Yaponiya əleyhinə bəyanat

Tarix:

22-03-2024, 14:37

/ 4 241 dəfə oxundu.
Rusiyadan Yaponiya əleyhinə bəyanat

“Tokio özünü məsuliyyətsiz apardığı üçün Rusiya–Yaponiya münasibətləri özünün eniş dövrünü yaşayır”.
GunAz.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri Rusiyanın Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin deyib.
 
Karasinin sözlərinə görə, Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdryovun Yaponiyanin Rusiya sərhədləri yaxınlığında, o cümlədən ABŞ silahlı qüvvələrinin və NATO üzvü olan bəzi ölkələrin iştirakı ilə hərbi fəaliyyəti gücləndirməsi iki ölkə arasında münasibətlərin geri dönüşü olmayan həddə çatması barədə fikirləri düzgün və vaxtında verilmiş bəyanatdır.
Onun fikrincə, səfirin bəyanatı çox ciddi qəbul edilməlidir, çünki o, Rusiya-Yaponiya münasibətləri üzrə təcrübəli ekspertdir:
“Yaponiya bir tərəfdən bizimlə sülh müqaviləsi bağlamaq və bu mövzuda danışıqlar aparmaq istəyir, digər tərəfdən isə bütün sərhəd bölgəsində hərbi psixozu qızışdırır və bu durumda danışıqları, sadəcə, mənasız edir. Ona görə də burada ziddiyyət və eyni zamanda durduğumuz yerdə ehtirasların cinayətkarcasına gərginləşdirilməsi var. Bu, Şimali Atlantika blokundakı həmkarları və Avropa İttifaqı ilə həmrəylik əlaməti, bu ölkələr qrupuna qoşulmaq istəyidir. Lakin bizim münasibətlərimiz üçün nəticələr kəskin mənfi olacaq, əslində onlar artıq mənfidir”.konkret.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ