SON DƏQİQƏ
» » Yaponiya XİN Medvedyevin Kuril adalarına səfərinə münasibət bildirib

Yaponiya XİN Medvedyevin Kuril adalarına səfərinə münasibət bildirib

Tarix:

2-08-2019, 18:59

/ 1 357 dəfə oxundu.
Yaponiya XİN Medvedyevin Kuril adalarına səfərinə münasibət bildirib

Yaponiya Xarici İşlər Nazirliyi, Rusiyanın Baş naziri Dmitri Medvedevin Kuril adalarına səfərinin  "Yaponiyanın mövqeyinə uyğun olmadığını" və bu addımın dərin təəssüf hissi oyatdığını açıqlayıb.

“Bizə məlumat verildi ki, ayın 2-də Rusiyanın Baş naziri Dmitri Anatolyeviç Medvedev Iturup adasına səfər edib. Bu ziyarət Yaponiyanın şimal əraziləri ilə bağlı mövqeyinə ziddir və Yaponiya vətəndaşlarının hisslərini incidir", açıqlamada deyilir.

GunAz.az xəbər verir ki, Tokio Moskvanı "Yaponiya-Rusiya münasibətlərini inkişaf etdirmək,  o cümlədən sülh müqaviləsinin bağlanması üçün konstruktiv tədbirlər görməyə" çağırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ