SON DƏQİQƏ

Tiflisə uçan təyyarə geri qayıtdı

Tarix:

17-02-2024, 09:52

/ 3 047 dəfə oxundu.
Tiflisə uçan təyyarə geri qayıtdı

“Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tiflis reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb Tiflis hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.
Təyyarə yerli vaxtla saat 08:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tiflisə yola düşəcəklər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ