SON DƏQİQƏ
» » Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

Tarix:

10-07-2023, 09:33

/ 1 606 dəfə oxundu.
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan marşrutu üzrə J2-2257 reysini həyata keçirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı yaxınlığında əlverişsiz hava şəraiti ilə (güclü yan külək) əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, təyyarə saat 01:45-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra saat 05:10-da Naxçıvana yola düşüblər.

Qeyd edək ki, hava proqnozuna əsasən, yaxın iki gündə (iyulun 10-u və 11-i) Naxçıvan ərazisində güclü külək gözlənilir. Bununla əlaqədar olaraq, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə reyslərin təxirə salınması və ya vaxtının dəyişdirilməsi hallarının təkrarlanması ehtimalı istisna edilmir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ