SON DƏQİQƏ

Ukrayna Rusiya ərazisinə hücum etdi

Tarix:

6-02-2024, 21:34

/ 3 841 dəfə oxundu.
Ukrayna Rusiya ərazisinə hücum etdi

Ukrayna Silahlı Qüvvələri iki pilotsuz uçuş aparatından (PUA) istifadə edərək Çernyanski rayonunun Volokonovka kəndinə hücum edib, itki yoxdur.
Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında yazıb.
O bildirib ki, bir PUA-nın düşməsi nəticəsində partlayış baş verib və bir infrastruktur obyekti zədələnib.
"Çernyanski rayonunun Volokonovka kəndi iki PUA-nın hücumuna məruz qalıb. Birincinin düşməsi, ardınca partladılması nəticəsində infrastruktur obyektinə ziyan dəyib. İtki yoxdur. İkinci PUA havada məhv edilib”, - deyə o yazıb.
скачать dle 12.1

Şərhlər