SON DƏQİQƏ

Rusiyaya növbəti hücum: döyüş gedir

Tarix:

1-06-2023, 10:21

/ 1 544 dəfə oxundu.
Rusiyaya növbəti hücum: döyüş gedir

Ukrayna diversantları tankların da köməkliyi ilə Belqorod vilayətinin Şebekino şəhərindəki sərhəd-keçid məntəqəsinə hücum ediblər. Döyüşlər davam edir.

Bununla bağlı Rusiyanın Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, gecə boyunca da şəhər güclü atəş altında olub, mərmilərdən biri vilayətin daxili işlər idarəsinin binasına düşüb. Bəzi sakinlər isə şəhəri tərk etməyə hazırlaşırlar.

Vilayətin qubernatoru Vyaçeslav Qladkov Şebekino şəhərinin mərkəzinin və ətrafının "Qrad”dan atəşə tutulduğunu bildirib, nəticədə 5 nəfər mülki vətəndaş ölüb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ