SON DƏQİQƏ

Kiyevə hücum: ölənlərin sayı 33-ə çatdı

Tarix:

9-01-2024, 19:24

/ 2 991 dəfə oxundu.
Kiyevə hücum: ölənlərin sayı 33-ə çatdı

Dekabrın 29-da Kiyevə edilən kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 33 nəfərə yüksəlib.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası Teleqram kanalında məlumat yayıb.
“Şevçenko rayonundakı anbarda dağıdılmış tikinti konstruksiyalarının sökülməsi zamanı daha bir nəfərin cəsədi aşkarlanıb”, - məlumatda belə deyilir.
Bununla da Kiyevə raket hücumu nəticəsində həlak olanların sayı 33 nəfərə çatıb.
Xatırladaq ki, Rusiya ordusu dekabrın 29-da Ukrayna ərazisinə kamikadze dronları və müxtəlif tipli raketlərlə hücum etmişdi.
скачать dle 12.1

Şərhlər