SON DƏQİQƏ
» » İrana gedən ailə geri qayıda bilmir- SƏBƏB NƏDİR?

İrana gedən ailə geri qayıda bilmir- SƏBƏB NƏDİR?

Tarix:

27-11-2023, 08:15

/ 2 995 dəfə oxundu.
İrana gedən ailə geri qayıda bilmir- SƏBƏB NƏDİR?

Azərbaycandan İrana gedən bir ailə ölkəyə qayıda bilmir.
Bu barədə "Təbriz Turan TV" Teleqram kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasından həftələr öncə övladının müalicə prosesini izləmək üçün Təbrizə gedən bir ailə bu günlərdə bu şəhərdə qapalı qalıb, Şah gölündə parkda çadır quraraq soyuq payız gecələrini keçirir.
Görünən odur ki, bu ailənin Tehrandan Bakıya hava yolu ilə gəlmək üçün maddi imkanı olmayıb və bu səbəbdən onlar İran sərhədini quru yolu ilə keçmək üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğuna müraciət ediblər, lakin onlar indiyədək heç bir nəticə əldə etməyiblər.
скачать dle 12.1

Şərhlər