Türkiyəyə məxsus hərbi gəminin Fələstin sahillərinə göndərilməsi yönündə yayılan xəbərlər həqiqətə uyğun deyil.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
“Sosial şəbəkələrdə yayılan kadrlarda ABŞ-ın Nimitz sinfinə məxsus "USS Ronald Reyqan" aviadaşıyıcısı və onun üzərində X-47B PUA-nın hərəkəti görünür. Bəzi hesablarda həmin görüntünün “Türkiyə hərbi gəmisi Fələstinə gedir” tipli cümlələrlə paylaşılması həqiqətə uyğun deyil”, - deyə bildirilib.