SON DƏQİQƏ

İsrail HƏMAS-a atəşkəs təklif etdi

Tarix:

27-10-2023, 21:03

/ 4 471 dəfə oxundu.
İsrail HƏMAS-a atəşkəs təklif etdi

İsrail Misir və Qətər səlahiyyətlilərinin vasitəçiliyi ilə HƏMAS hərəkatı ilə apardığı danışıqlar zamanı bütün girovların azad edilməsi və ölənlərin cəsədlərinin geri qaytarılması müqabilində atəşkəs rejimi elan olunmasını təklif edib, lakin təklif rədd edilib.
Bu barədə danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.
Bundan əlavə, telekanalın mənbələrinin iddialarına görə, HƏMAS Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqların aparılması üçün şərt kimi uzunmüddətli atəşkəs tələb edib. İsrail hakimiyyəti də atəşkəs tələbini rədd edib.TASS
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ